Dünyadakı odlu silahların 85 faizi mülki şəxslərin əlindədir

Bütün dünyadakı odlu silahların əksəri - təqribən 85 faizi və ya 875 milyon ədədi mülki şəxslərin əlindədir. Yeniavaz.com-un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə 2017-ci il üzrə "Small Arms Surwey" araşdırmasında deyilir. Bildirilir ki, müxtəlif ölkələrin silahlı qüvvələrinin sərəncamında təqribən 133 milyon ədəd (və ya 13 faiz) odlu silah var, hərçənd güc strukturlarının payına 23 milyon ədəd (və ya 2 faiz) odlu silah düşür. Araşdırmaya əsasən, son 10 ildə odlu silahın ümumi sayı 32 faiz artıb. 2006-cı ildə dünyada 650 milyon ədəd odlu silah varıydısa, 2017-ci ildə bu rəqəm 857 milyona çatıb. Artım silaha sahib mülki şəxslərin sayının çoxalması ilə bağlıdır. Ən çox odlu silaha malik mülki şəxs ABŞ-dadır. Burada hər 100 sakinə orta hesabla 120,5 ədəd silah düşür. ABŞ-da mülki əhalinin əlində ümumilikdə 393 milyon ədəd odlu silah var. Bu göstərici üzrə sonrakı yerləri Yəmən, Monteneqro, Serbiya və Kanada tutur.

DİGƏR XƏBƏRLƏR

Top