Ağsuda qəzaya düşən Ağstafa sakini xəstəxanada öldü

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda baş verən qəza zamanı xəsarət alan və ölən şəxsin kimliyi məlum olub.

Bu gün saat 16:30 radələrində “Mercedes” markalı yük avtomobili Ağsu çayı üzərindəki körpüdən bir qədər aralı yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobilin sürücüsü, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü İmamverdiyev Rahib Əhmədalı oğlu və sərnişini, 1981-ci il təvəllüdlü Vahidov Niyaməddin Şöhlü oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Rahib İmamverdiyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

17:12***

Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 16:30 radələrində, Ağsu çayı üzərindəki körpünün yanında baş verib.

“Mercedes” markalı yük avtomobili yoldan çıxaraq 100 metr dərinliyi olan dərəyə aşıb. Hadisə zamanı avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların adları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top