Azərbaycanın ələ keçirdiyi erməni diversantla bağlı mühüm gəlişmə

Azərbaycan daha çox hansı ölkələrdən məhsul idxal edir? - SİYAHI

Bakıda iki uşaq anası yoxa çıxıb - VİDEO

şənbə, 21 iyul 2018
RU EN TR
EN TR RU

DÜNYA

“Audi” şirkətinin rəhbəri həbs olunub

18.06.2018 17:01

Almaniyada dizel qalmaqalı ilə əlaqədar “Audi” avtokonserninin rəhbəri Rupert Ştadler saxlanılıb. Bu haqda “Süddautsche Zeitung” məlumat yayıb.

Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu “dələduzluq” maddəsi ilə Ştadlerə qarşı cinayət işi açmışdı. Onun mənzilində axtarış aparılıb.

“Dizelqeyt” qalmaqalı 2015-ci ilin sonlarında ABŞ-da meydana gəlib. VW konserninə aid dizel mühərrikli avtomobillərdə ətraf-mühiti çirkləndirən qazlarla bağlı texniki baxış nəticələrini saxtalaşdırmağa imkan verən proqram təminatı aşkarlanıb.

Araşdırma dünyanın bir çox ölkələrində aprarılıb və şirkət 4,3 milyard dollar cərimə ödəməyə razılaşıb. Şirkətin ümumi itkiləri isə 25 milyard avro təşkil edir. Sonradan dələduzluq sxemində digər alman maşın istehsalçılarının da əlinin olduğu müəyyən edilib. (Oxu.az)

Oxundu 301