1 kiloqramı 30 manata satılan təmiz may balı

Yaz çiçəkləri qoxusu, görünüşü ilə xüsusi seçildiyi kimi, arıların həmin otlardan çəkdiyi balın da dadı, keyifiyyəti digərlərindən fərqlənir.

Arıların həmin dövrdə çiçəklərdən əldə etdiyi məhsul may, iyun aylarında toplanır ki, bu da may balı adlanır.

Arıçılar bal süzümünün payız və yaz aylarında aparıldığını ən keyfiyyətlisinin isə yazda olduğunu deyirlər.

Bu dövrdə çiçəklər çox olduğundan işçi arılar istədiyi qədər nektar əldə edə bilirlər.

Hazırda may balının 1 kiloqramı 30 manata satılır.

May balı haqqında Yeniavaz.com saytına məlumat verən uzun illər arıçılıqla məşğul olan "Çicək" Arıçılar Birliyinin sədri Nəsib Bayramoğlu keyfiyyətli bal əldə etmək üçün həmin canlıların yerlərini dəyişməyi vacib hesab edir.

May balına tələbat yüksək olduğundan onun istehsal etdiyi məhsul sentyabr, oktyabr ayında satılıb qurtarır.

Bəzi arıçılar isə yazda çəkilən balı qışa da saxlayırlar. Bu il havaların yağmurlu keçməsi arıçıların işinə yarıyıb. Çünki bu il xoş qoxulu, orqanizmə xeyrli olan çiçəklər çoxluq təşkil edib ki, bu da may balının digər illərlə müqayisədə daha keyfiyyətli olmasına şəarit yaradıb.

Təcrübəli arıçı daha sonra deyib: "Arının ən çox istehsal etdiyi məhsul baldır. Bal ərzaqlar içərisində ən çox kalorisi olan məhsul sayılır. Bir kiloqram balda 3200 kalori var. Bal qəbul ediləndən 7 dəqiqə sonra mədədə həzm olunur, ona görə də bal yeyəndə tez acıma baş verir. Balın çox böyük ağrıkəsici qabiliyyəti var. Sümük, göz, baş ağrıları zamanı həmin nahiyəyə bal sürtmək lazımdır. Qırxılmış başa təmiz bal sürtülməsi ağrıdan xilas edir. Soyuqdəymə və oynaq ağrıları zamanı da bal sürtülməsi gözəl nəticələr verir. Yeri gəlmişkən, balın keyfiyyətini onun dərinin sorulması ilə də bilmək olar. Təmiz bal bədənə sürtüləndən təxminən bir saat sonra bir damcı da qalmadan sorulur. Təmiz balı bilmək üçün balı qaşıqla qaldırarkən də əgər bal qaşıqdan üzülmürsə, deməli, o bal təmizdir. Bu metodu arıçılar yaxşı bilirlər".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top