"Yağan güclü leysan yağışları təsərrüfatımıza ziyan vurub"

Son günlər yağan güclü leysan yağışları rayon yerlərində yaşayan əhalinin kənd təsərrüfatına ciddi ziyan vurub.

Yeniavaz.com xəbər verir ki, yığım dönəmində yağışın və küləyin törətdiyi fəsadlar məhsuldarlığın aşağı düşməsinə səbəb olub.

Həmçinin yağış yığıma da əngəllər törədir.

Yevlax rayonunun Salahlı kəndinin sakinləri ardıcıl yağan yağış onların həyətlərində əkdikləri təsərrüfata ciddi ziyan vurduğunu bildirirlər.

Sakinlər deyirlər ki, yağış ağaclarda olan meyvələri çürüdür: "Həyətyanı sahəmizdə əkdiyimiz məhsullar tamamilə batıb. Kəndçi babayıq, birtəhər kasıbçılıqla ərsəyə gətirdiyimiz bu məhsullar tamamilə batıb, ümidimiz Allaha qalıb. Yay, payız azuqəmiz demək olar ki, heç vəziyyətindədir. Heç olmasa ailəni əkdiyimiz tərəvəz məhsulları ilə satıb dolandırırıq. Bu il bizim vəziyyətimiz çox acınacaqlı olacaq. İş-güc yox, dolanışığımız həyətimizdəki təsərrüfatdan çıxırdı".

Sakinlər onu da deyib ki, hətta yağış o qədər güclü yağıb ki, toyuq hinindəki cücələr də suyun içində qalıb. Kəndin bərbad vəziyyətdə olan yolları da yağan güclü leysan yağışlarından daha da bərbad vəziyyətə düşüb.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top