Dünya çempionatında bu gün daha 3 oyun keçirilib.
Qol.az-ın məlumatına görə, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulub. İsveç millisi Cənubi Koreya ilə üz-üzə gəlib.
Pley-offda İtaliyanı mundiala həsrət qoyan İbrahimoviçsiz İsveç millisinin bu matçda qələbə şansı daha yüksək qiymətləndirilirdi. Qarşılaşma Avropa təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.
Bu qrupdakı digər oyununda Meksika Almaniyanı məğlub edib.
Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulub. Belçika Panama ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Daha sonra İngiltərə Tunisi sınağa çəkib. Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
18 iyun
G qrupu
22:00. Tunis - İngiltərə - 1:2
Qollar:Keyn, 11 (0:1), Sassi, 35-pen (1:1), Keyn, 90+1 (1:2)
Volqoqrad. "Volqoqrad Arena"
19:00. Belçika - Panama - 3:0
Qollar: Dris Mertens, 47, Romelu Lukaku, 69, 75
Soçi. "Fişt" stadionu
1. | Belçika | 1 | 1 | 0 | 0 | 3:0 | 3 |
| |
2. | İngiltərə | 1 | 1 | 0 | 0 | 2:1 | 3 |
| |
3. | Tunis | 1 | 0 | 0 | 1 | 1:2 | 0 |
| |
4. | Panama | 1 | 0 | 0 | 1 | 0:3 | 0 |
F qrupu
16:00. İsveç - Cənubi Koreya - 1:0
Qol: Qranvqist, 65-pen.
Nijni Novqorod. Şəhər stadionu
17 iyun
Almaniya – Meksika - 0:1
1. | İsveç | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
| |
2. | Meksika | 1 | 1 | 0 | 0 | 1:0 | 3 |
| |
3. | Almaniya | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
| |
4. | Cənubi Koreya | 1 | 0 | 0 | 1 | 0:1 | 0 |
(Qol.az)