İspan kralının kürəkəni qadın həbsxanasında


İspaniyada şahzadə Kristinanın həyat yoldaşı İnyaki Urdanqarin altı il ərzində cəzasını çəkəcəyi həbsxanaya gətirilib.

Bu haqda “El Confidencial” məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət Madriddən 100 km aralıda yerləşən “Briyeva” qadın həbsxanasından gedir.

Qəzetin məlumatına əsasən, həbsxanada beş kameradan ibarət ayrıca korpus, yeməkxana, ailə üzvləri ilə görüş üçün kameralar var.

Dövlət vəsaitlərini talan etməkdə təqsirli bilinən Urdanqarin kişilər üçün nəzərdə tutulan xüsusi modulda saxlanılacaq. Məlumata əsasən, ona 80 variant təklif olunub, Urdanqarin məhz qadın həbsxanasını seçib.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top