Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Rəsmi Seul 2018-ci ilin axırlarına qədər Şimali Koreya ilə müharibəyə kimi son qoymaq istəyir. Xarici KİV xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Kan Qön Xva bəyan edib.

Lakin bunun üçün Cənubi Koreya həm Şimali Koreya, həm də ABŞ-la danışıqlar aparmalıdır:

“Düşünürəm ki, biz ABŞ və Şimali Koreya ilə məsləhətləşib, müsbət nəticə əldə etməliyik. Amma Cənubi Koreya müharibənin sona çatması vaxtı və formatı barədə qərarlıdır” – nazir bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri və Koreya Respublikası prezidenti apreldə ilk görüşləri zamanı birlikdə deklarasiya imzalayıblar. Həmin deklarasiyanın bəndlərindən biri 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin izalanmasıdır.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top