Gəmilərlə beş ay ərzində cəmi 6 min sərnişin daşınıb

Dəniz nəqliyyatı ilə bu ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 3 milyon 543,9 min ton təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artıb. Yüklərin 53,9 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4 milyon 100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3 milyon 876,8 min tonunu və ya 94,5 faizini tranzit yüklər təşkil edib.

2018-ci il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 94,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 25,9 faiz azalaraq 6 min nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top