Son 5 ayda 1 milyondan çox sərnişin qatarlardan istifadə edib

Bu ilin yanvar-may ayları ərzində dəmir yolu nəqliyyatı ilə 5,5 milyon ton yük, 1 milyon 52,4 min sərnişin daşınıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,1 faiz azalma, sərnişin daşınmasında isə 3,5 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 327 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,4 min ton, qərb istiqaməti üzrə 4,8 min ton, cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

DİGƏR XƏBƏRLƏR

Top