Yol polisindən nümunəvi addım - VİDEO

Azərbaycanda yol polisinin təqdirəlayiq addımını əks etdirən görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, videonu jurnalist Aqşin Kamal yayıb.

"Qarşımda hərəkət edən DYP avtomobili yolun kənarında əlində skuter olan uşağı görüb dərhal saxladı. Və gördüyünüz kimi körpənin yolu keçməsinə kömək etdi! Çox gözəl və ürəkaçan mənzərədi! Çatdırıb tam çəkə bilmədim. Digər və çox önəmli bir məsələ isə məsuliyyətsiz valideyinin bu uşağı küçəyə tək buraxmasıdı! Belə valideyinlərə nə ad verək?",-deyə Aqşin Kamal Vurğulayıb.

Həmin görüntüləri təqdim edirik.

yol polisi

DİGƏR XƏBƏRLƏR

Top