Azərbaycanda minik avtomobillərinin istehsalı kəskin artıb

Bu ilin yanvar-may ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 110,3 milyon manatlıq məhsul istehsal edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 9,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5 faiz azalıb.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı 640 ədəd traktor, 130 ədəd minik avtomobili istehsal olunub. Traktor istehsalı 19,5 faiz, minik avtomobillərinin istehsalı 6,2 dəfə artıb.

Bunlardan başqa mancanaq dəzgahlarının istehsalı 3,5 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 7,1 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top