Eyfel qülləsi gülləkeçirməz şüşə ilə qorunacaq

Fransa hökuməti Eyfel qülləsini gülləkeçirməz şüşə ilə hasarlama təklifini irəli sürüb. Yeniavaz.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu tədbir qüllənin özünün və ona bitişik turizm ərazisinin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Gülləkeçirməz şüşənin qalınlığı 6,5 santimetr təşkil edəcək. O, qülləni terror hücumlarından qorumağa imkan verəcək. Şüşə qüllənin iki tərəfini örtəcək, qalan tərəflər isə metal hasarla qorunacaq. Layihə iyulun ortalarında reallaşdırılmağa başlanılacaq. Xərclər 35 milyon avro təşkil edəcək. Hazırda Eyfel qülləsini 2016-cı ildə quraşdırılmış xüsusi sədlər qoruyur.

DİGƏR XƏBƏRLƏR

Top