FHN mənzilinə qalxa bilməyən artıq çəkili şəxsə yardım edib

FHN problemlə üzləşmiş artıq çəkili şəxsə yardım edib. Yeniavaz.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhər sakini 1952-ci il təvəllüdlü Morokova Svetlana İvanovna artıq çəkili olduğu üçün 2-ci mərtəbədəki mənzilinə qalxa bilməyib.

Vətəndaşa kömək məqsədi ilə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub. Xilasedicilər S.Morokovanı xərəyə qoyaraq mənzilinə qaldırıblar. Əməliyyat başa çatmışdır.

DİGƏR XƏBƏRLƏR

Top