Rusiyadakı futbol üzrə dünya çempionatında daha bir oyun gününə yekun vurulub.
Günün son matçında 5 qat dünya çempionu Braziliya İsveçrə ilə üz-üzə gəlib.
"Pentakampeonlar" oyuna daha fəal başlayaraq, 20-ci dəqiqədə hesabı açmağa müvəffəq olublar. Filipe Koutinyo uzaq məsafədən dəqiq zərbə endirərək, gözəl qola imza atıb. Lakin 50-ci dəqiqədə Stiven Tsuber künc zərbəsindən sonra başla bərabərlik qolunu vurub. Beləliklə, Meksikaya 0:1 hesabı ilə uduzan son dünya çempionu Almaniyanın ardından dünyanın ən titullu yığması da xal itirib.
Qeyd edək ki, E qrupunun digər oyununda Serbiya Kosta-Rikaya 1:0 hesabı ilə qalib gəlib. Bununla da Serbiya 3 xalla qrup lideri olub. İsveçrə və Braziliya hərəyə 1 xalla 2-3-cü yerləri bölüşür. Xalı olmayan Kosta-Rika isə sonuncudur.
DÇ-2018
17 iyun
E qrupu
16:00. Kosta-Rika - Serbiya - 0:1
Qol: Aleksandar Kolarov, 56
Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)
Samara. "Samara Arena”
22:00. Braziliya - İsveçrə - 1:1
Qol: Filippe Koutinyo, 20 - Stiven Tsuber, 50
Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)
Rostov-Don. "Rostov Arena”
(Report)
Braziliya