İran Rusiyanın təklifinə veto qoyacaq

OPEK-in üç üzv ölkəsi təşkilatın Vyanada keçiriləcək qarşıdakı görüşündə neft hasilatı həcminin artırılması barədə təklifə veto qoymaq niyyətindədir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın OPEK-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili deyib. Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının artırılmasını dəstəkləyir. Onun sözlərinə görə, təklifi İrandan başqa İraq və Venesuela da bloklamağa hazırlaşır: "OPEK-in üç qurucusu bunu dayandırmaq niyyətindədir. Əgər Səudiyyə Ərəbistanı və Rusiya hasilatın həcmini artırmaq istəyirsə, bunun üçün yekdillik lazımdır. Əgər bu iki ölkə sərbəst hərəkət etmək istəsə, bu, əməkdaşlıq haqqında sazişin pozulması olacaq". Xatırladaq ki, ABŞ iyunun 7-də Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyib. OPEK-in Vyanada görüşü iyunun 22-23-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top