DÇ-2018: Serbiya minimal hesabla Kosta-Rikanı məğlub edib

Futbol üzrə dünya çempionatında dördüncü oyun gününə E qrupunun Kosta-Rika - Serbiya matçı ilə start verilib. Samaradakı eyniadlı arenada təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib.

56-cı dəqiqədə Aleksandar Kolarov cərimə zərbəsi ilə fərqlənərək, Serbiyaya qələbə qazandırıb - 1:0. Bu, dünya çempionatı start götürəndən sonra 9-cu oyunda 4-cü minimal hesablı qalibiyyət olub.

Görüşün sonu serbiyalı Nemanya Matiçin Kosta-Rika millisinin məşqçisi ilə top üstündə toqquşması ilə yadda qalıb. Münaqişə hakimlərin və digər futbolçuların müdaxiləsindən sonra aradan qaldırılıb.

Qrupun digər oyunu Braziliya və İsveçrə yığmaları arasında keçiriləcək. Rostov-Dondakı "Rostov Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. (report)

DİGƏR XƏBƏRLƏR

Top