Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı - FOTO

Qadın itkin düşdü, cəsədi ilanın qarnından tapıldı

İndoneziyanın Sulavesi bölgəsinin Lavela kəndinin sakinlərini dəhşətə salan hadisə baş verib. İki uşaq anası 54 yaşlı Va Tiba adlı qadın həyətyanı sahədə işləməyə gedib və bir daha geri qayıtmayıb.

Onun itməsindən xəbər tutan kənd sakinləri axtarışlara başlayıblar. Axtarış zamanı 8 metr uzunluqda olan və hərəkət edə bilməyən nəhəng piton gördükdə şübhələnməyə başlayıblar. İlan öldürülüb və içi yarıldıqda dəhşətli mənzərənin ortaya çıxıb. Kənd sakinləri qadının cəsədini ilanın qarnından çıxarıblar.

Qeyd edək ki, adalardan ibarət olan Sulavesidə dünyanın ən böyük pitonlarından bəziləri yaşayır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top