Həvəskər çəkilişdə kabus üzə çıxdı - VİDEO

İngiltərədə bir valideynin çəkdiyi velosiped sürən oğlunun görüntüsü sosial şəbəkələrdə sürətlə populyarlarşır. Videonun müəllifi olan ananın sözlərinə görə, kadrlara yaşlı bir qadının ruhu düşüb.

Həvəskar çəkiliş Peyton bölgəsində 19-cu əsrə aid “Oldway Mansion” qəsrinin qarşısında aparılıb. Luiza Lenton çəkdiyi videonun təkrarına baxanda şoka düşüb və xeyli müddət özünə yer tapa bilməyib.

Kadrlarda ikinci mərtəbənin pəncərəsində yaşlı qadının uşaq tərəfə baxdığını görmək olur.

Ananın sözlərinə görə, Viktoriyan üslubunda geyinmiş qadın kabusunun hansı şəkildə peyda olduğunu heç kim izah edə bilmir.

Qəsrin mühafizəçisi, binada uzun müddət heç kimin yaşamadığını təsdiqləyib. (Oxu.az)

video

DİGƏR XƏBƏRLƏR

Top