Hansı peşə sahibləri nə qədər maaş alır?

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 538,8 manat təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əmək haqqı neft sektorunda 3 min 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 185,2 manat, ən aşağı əmək haqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 233,4 manat.

Bunlardan başqa təhsil sahəsində orta aylıq nominal əmək haqqı 352,8 manat, tikintidə 736,2 manat, maliyyə və sığorta sahəsində 1551,8 manat, ticarət sektorunda 388,2 manat, informasiya və rabitə sahəsində 873,8 manat, dövlət idarəetməsi və müdafiə sahəsində 561,9 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top