Ötən ay Azərbaycanda bu ilin ən aşağı iqtisadi artımı qeydə alınıb

Bu ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 1,1 faiz artaraq 29 milyard 294 milyon manata çatıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2018-ci il ərzində qeydə alınan ən aşağı göstərici hesab olunur. ÜDM-də qeydə alınan artım bu ilin yanvar ayında 2%, fevral ayında 1,3, mart ayında 2,3%, aprel ayında isə 1,2% həddində olub.

ÜDM istehsalının 48,8 faizi sənayedə, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,7 faizi tikintidə, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrində, 13,8 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7 faizini təşkil edib.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,9 faiz artıb, neft sektorunda isə eyni səviyyədə qalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 991,1 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top