Mərkəzi Bank qərar verdi: Kredit faizləri aşağı salınacaq? - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 2% səviyyəsində olması barədə qərar qəbul edib. Yeniavaz.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib ki, faiz dəhlizinin parametrləri haqda qərar qəbul edilərkən ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin iqtisadi sabitliyə müsbət təsiri nəzər alınıb.

Xatırladaq ki, aprelin 9-da Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə, faiz dəhlizinin yuxarı həddinin 14%, aşağı həddinin isə 8% səviyyəsində olması barədə qərar qəbul edib.

Məlumat üçün qeyd edək ki, uçot dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Mərkəzi bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Son 13 ildə Azərbaycanda uçot faiz dərəcəsi və inflyasiya səviyyəsi belə dəyişib:

DİGƏR XƏBƏRLƏR

Top