Trampla İnın görüşü neçəyə başa gəlib?

ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında baş tutan görüş Sinqapura 15 milyon dollara başa gəlib. Bununla bağlı Sinqapurun baş naziri Li Syanlun məlumat verib.

O bildirib ki, Sinqapur bu görüş üçün lazım olan xərcləri qarşılamağa hazır idi.

Baş nazir bildirib ki, göstərilən məbləğə Sentos adasında Capella adasında qalmaq, təhlükəsizlik və 2,5 min jurnalistin işləyə bilməsi üçün media mərkəzinin yaradılması daxil olub.

Lu Syanlun əlavə edib ki, görüş ərəfəsində ölkəyə gələn turistlərin də sayında artım müşahidə olunub.

Qeyd edək ki, ABŞ və Şimali Koreya arasındakı sammit iyunun 12-də baş tutub. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top