avropa-surasi-mehman-huseynovun-isi-uzre-qetnamenin-qebulundan-imtina-edib

Avropa Şurası Mehman Hüseynovun işi üzrə qətnamənin qəbulundan imtina edib

mubariz-mensimov-azerbaycanda-300-isci-axtarir

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

ilham-eliyevin-ve-nikol-pasinyanin-davosda-qeyri-resmi-gorusu-olub

İlham Əliyevin və Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

çərşənbə, 23 yanvar 2019
AZ RU EN TR
AZ RU EN TR

CƏMİYYƏT

Mədəniyyət naziri: "Cəmiyyət aşağı səviyyəli, mənasız filmlərə aldanmamalıdır"

13.06.2018 17:14 Oxundu 447

“Bütün kino sənayesini maliyyələşdirməyə və saxlamağa dövlətin imkanı yoxdur”. Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycan filmləri son illərdə 152 beynəlxalq festivalda iştirak edib: “Bu festivalların 50-dən çoxundan mükafatlar almışıq. Festivalların siyahısı müxtəlifdir. Onların arasında bədii, sənədli, etnoqrafik film festivalları var. Kann Film Festivalında Azərbaycan neçə illərdir öz pavilyonu ilə çıxış edir. Bizim bir neçə qısa metrajlı film Kann festivalında proqramda iştirak edib. Bu, çox müsbət nəticədir. Bu festivalın çoxlu şərtləri var. Biz onları bilirik və bu haqda düşünürük. Azərbaycanda bir neçə filmin festival proqramına daxil olmasının arzusundayıq. Lakin şərtlər var ki, həmin filmlər bir-iki il müddətində çəkilməlidir. Ondan əvvəl çəkilən filmləri biz təqdim edə bilmirik”.

Nazir əlavə edib ki, hazırda film istehsal davam edir, ciddi filmlərin istehsalı haqqında düşünülməlidir: “Paralel olaraq, bizim cəmiyyətimiz də buna hazır olmalıdır. Aşağı səviyyəli, düşüncəsiz, mənasız filmlərə aldanmamalıdır. Bəzən yüngül komediyaların arxasınca qaçan auditoriya Qarabağ haqqında, vətənpərvərlik haqqında çəkilən filmlərə baxmır”.(APA)