Neft hasilatı artıb, qaz hasilatı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 19,2 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox sənaye məhsulu istehsal edilib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 7,6 faiz artıb, neft sektorunda isə 0,3 faiz azalıb.

Sənaye məhsulunun 73,2 faizi mədənçıxarma sektorunda, 22 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 1,2 faiz artıb, əmtəəlik qaz hasilatı isə 8,2 faiz azalıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 16,1 dəfə, tütün məmulatlarının istehsalı 2,6 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, hazır metal məmulatlarının istehsalı 2 dəfə, mebel istehsalı 96,8 faiz, elektrik avadanlıqlarının istehsalı 96,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 95,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, tikinti materiallarının istehsalı 40,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 18,4 faiz, geyim istehsalı 11,4 faiz, əczaçılıq məhsullarının istehsalı 3,7 faiz artıb, kimya sənayesi məhsullarının istehsalı 0,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,9 faiz, içkilərin istehsalı 4,5 faiz, qida məhsullarının istehsalı 5,1 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,7 faiz, maşın və avadanlıqların istehsalı 9,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 21,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,1 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top