dami-ucan-mektebde-tedris-berpa-olunub-aciqlama

Damı uçan məktəbdə tədris bərpa olunub? - AÇIQLAMA

avropa-surasi-mehman-huseynovun-isi-uzre-qetnamenin-qebulundan-imtina-edib

Avropa Şurası Mehman Hüseynovun işi üzrə qətnamənin qəbulundan imtina edib

mubariz-mensimov-azerbaycanda-300-isci-axtarir

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

çərşənbə, 23 yanvar 2019
AZ RU EN TR
AZ RU EN TR

İQTİSADİYYAT

Yaşayış evlərinin 1 kvadrat metrinin maya dəyəri 362 manat olub

13.06.2018 13:09 Oxundu 464

Bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 5 milyard 240,8 milyon manat vəsaitin 2 milyard 887,1 milyon manatı və ya 55,1 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunan vəsaitin 73,1 faizi məhsul istehsalı obyektlərinin, 20,8 faizi xidmət sahələri üzrə obyektlərin, 6,1 faizi isə ümumi sahəsi 640,8 min kvadrat metr olan yaşayış evlərinin ( 1 kvadrat metr 361,7 manat) tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 53,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9 faiz, bank kreditləri 15,7 faiz, büdcə vəsaitləri 23,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, sair vəsaitlər isə 0,6 faiz təşkil edib.