dermandan-uzaq-olmaq-isteyen-feyxoa-yesin-inanilmaz-faydalari

Dərmandan uzaq olmaq istəyən FEYXOA YESİN - İnanılmaz faydaları

bakida-er-arvadini-oglunun-gozu-qarsisinda-qetle-yetirdi

Bakıda ər arvadını oğlunun gözü qarşısında qətlə yetirdi

qiymet-cox-ucuzdur-qubada-sahibkar-eseblesib-alma-baglarini-mehv-edib

"Qiymət çox ucuzdur" - Qubada sahibkar əsəbləşib alma bağlarını məhv edib

Bazar ertəsi, 22 oktyabr 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Azərbaycan neftinin son qiyməti

13.06.2018 00:25

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 77,38 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,01 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 11-də 76,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 11-də 73,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə iyunun 11-də 75,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətlə eynidir.

Oxundu 180