"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

Azmış 3 yaşlı uşaq tapıldı və ailəsinə verildi - FOTOLAR

Fədayə Laçının bacısı istintaqa etiraf edib - "Məndən vaqon açarı tapmağımı istəyirdi"

çərşənbə, 15 avgust 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Gürcüstanın turizmdən gəliri 1 milyard dolları ötüb

11.06.2018 14:23

Gürcüstan bu ilin ilk 5 ayı ərzində xarici turizmdən 1 mlrd. 36 mln. dollar məbləğində gəlir əldə edib. Bu barədə məlumat Gürcüstanın Milli Bankının hesabatında yer alıb. Hesabat dövründə ən çox gəlir 246 mln. dollar olmaqla may, ən az gəlir isə 157 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

Qeyd edək ki, yanvar-may aylarında Gürcüstana 2 834 576 nəfər əcnəbi ziyarətçi səfər edib. Bu da ötən ilin eyni göstəricisindən 13,6% çoxdur. Qonşu ölkəyə səfər etmiş əcnəbilərin 485 733 nəfərini Azərbaycan vətəndaşları təşkil edib.

Gürcüstanda bu il əcnəbi ziyarətçilərin sayının 8 mln. nəfər, turizmdən əldə olunacaq gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnoz olunur. (apa)

Oxundu 164