Bakının bəzi ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç ərazidə hərəkət məhdudlaşdırılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, Azadlıq Meydanı - Nefçilər prospektində, Nəsimi rayonu Hənifə Ələsgərov və Yasamal rayonu Salatın Əsgərova küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq axşam saatlarınadək avtomobillərin hərəkəti qismən məhdudulaşdırılacaq.

Bu məqsədlə sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top