avropa-surasi-mehman-huseynovun-isi-uzre-qetnamenin-qebulundan-imtina-edib

Avropa Şurası Mehman Hüseynovun işi üzrə qətnamənin qəbulundan imtina edib

mubariz-mensimov-azerbaycanda-300-isci-axtarir

Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır

ilham-eliyevin-ve-nikol-pasinyanin-davosda-qeyri-resmi-gorusu-olub

İlham Əliyevin və Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub

çərşənbə, 23 yanvar 2019
AZ RU EN TR
AZ RU EN TR

İQTİSADİYYAT

Azərbaycan Gürcüstana sərmayə qoyan xarici investorların sırasında 2-ci sıraya geriləyib

11.06.2018 12:13 Oxundu 302

Bu ilin ilk rübü ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 51 milyon dollar sərmayə yatırıb. Yeniavaz.com Gürcüstanın Milli Statistika İdarəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, ilin ilk 3 ayı ərzində Gürcüstana ən çox investisiya qoyan 2-ci ölkə Azərbaycan olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 2 dəfəyə yaxın azalıb.

Bu ilin ilk 3 ayında Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkə İngiltərə olub. İngiltərə Gürcüstan iqtisadiyyatına 3 ay ərzində 82,7 milyon dollar sərmayə yatırıb.

Onu da bildirək ki, son illər ərzində ilk dəfədir ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici investorların sırasında 2-ci sıraya geriləyib.

Qeyd edək ki, bu ilin 3 ayı ərzində Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 32,9% azalaraq 279,3 milyon dollar olub.

Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların 18,2%-i Azərbaycanın payına düşüb. Ötən ilin son rübündə bu göstərici 20,9% olub.

Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatıran ölkələrin sıralamasında Çin (41,6 milyon dollar), Hollandiya (32,3 milyon dollar) və ABŞ (23,8 milyon dollar) yer alıb.