Xaricdən gətirilən avtomobillərin sayı dəfələrlə artıb

Türkiyədən ev alan azərbaycanlıların sayı açıqlandı - CƏDVƏL

Rozanın geri qaytardığı maşına nə oldu?

çərşənbə, 20 iyun 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Azərbaycan Gürcüstana sərmayə qoyan xarici investorların sırasında 2-ci sıraya geriləyib

11.06.2018 12:13

Bu ilin ilk rübü ərzində Azərbaycan Gürcüstan iqtisadiyyatına 51 milyon dollar sərmayə yatırıb. Yeniavaz.com Gürcüstanın Milli Statistika İdarəsindən açıqlanan statistik göstəricilərə istinadən bildirir ki, ilin ilk 3 ayı ərzində Gürcüstana ən çox investisiya qoyan 2-ci ölkə Azərbaycan olub. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 2 dəfəyə yaxın azalıb.

Bu ilin ilk 3 ayında Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan ölkə İngiltərə olub. İngiltərə Gürcüstan iqtisadiyyatına 3 ay ərzində 82,7 milyon dollar sərmayə yatırıb.

Onu da bildirək ki, son illər ərzində ilk dəfədir ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan xarici investorların sırasında 2-ci sıraya geriləyib.

Qeyd edək ki, bu ilin 3 ayı ərzində Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 32,9% azalaraq 279,3 milyon dollar olub.

Gürcüstan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların 18,2%-i Azərbaycanın payına düşüb. Ötən ilin son rübündə bu göstərici 20,9% olub.

Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatıran ölkələrin sıralamasında Çin (41,6 milyon dollar), Hollandiya (32,3 milyon dollar) və ABŞ (23,8 milyon dollar) yer alıb.

Oxundu 225