Dövlət sektorunda işləyənlərin sayı azalıb

Bu il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfər olub, onlardan 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında çalışan muzdlu işçilərin sayı 18 min nəfər artıb. Bu artım qeyri-dövlət sektorunda qeydə alınıb. Dövlət sektorunda işləyən muzdlu işçilərin sayı isə son bir ildə 200 nəfər azalıb.

Muzdla işləyənlərin 21,6 faizi təhsil, 19 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,3 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

DİGƏR XƏBƏRLƏR

Top