Azmış 3 yaşlı uşaq tapıldı və ailəsinə verildi - FOTOLAR

Fədayə Laçının bacısı istintaqa etiraf edib - "Məndən vaqon açarı tapmağımı istəyirdi"

Hər gün 3 əncir yemək orqanizmdə bunları edir - FAYDALARI

çərşənbə axşamı, 14 avgust 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

"Mercedes" istehsalçısı manipulyasiyaya görə 3,75 milyard avro cərimələnə bilər

10.06.2018 13:35

Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi "Daimler" konserninin avtomobillərində qadağan edilmiş 5 proqram aşkarlayıb. Həmin proqramlar mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandırır.

Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bu proqram funksiyaları ilə "Avro-6" normalarına uyğun istehsal edildiyi bəyan olunan 1 milyona qədər dizel mühərrikinə malik avtomobilin təchiz edilməsindən şübhələnir. "Daimler" konserninin mətbuat xidməti Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi ilə şəffaf və geniş əməkdaşlıq etdiklərini açıqlayıb. Bununla belə, "Daimler" konserni araşdırmanın mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran proqramlara bağlı olduğunu təkzib edib.

"Daimler" rəhbəri Diter Tsetşe iyunun 11-də Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsində avtomobillərdə mühərrikdən çıxan zərərli qazların təmizlənməsi sisteminin fəaliyyətini dayandıran qadağan edilmiş proqramlara bağlı məsələyə aydınlıq gətirməlidir. Almaniya Federal Avtomobil Nəqliyyatı İdarəsi bundan əvvəl 750 min "Mercedes" markalı avtomobildə belə proqramların quraşdırıldığının ehtimal edildiyini açıqlayıb. Əgər bu təsdiqini taparsa, konserni 3,75 milyard avro cərimə gözləyir. (apa)

Oxundu 305