"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

Azmış 3 yaşlı uşaq tapıldı və ailəsinə verildi - FOTOLAR

Fədayə Laçının bacısı istintaqa etiraf edib - "Məndən vaqon açarı tapmağımı istəyirdi"

çərşənbə, 15 avgust 2018
RU EN TR
EN TR RU

İQTİSADİYYAT

Ərəb iş adamı Bakıda otel alıb

10.06.2018 10:05

Bakıda lüks hotel küveytli investora satıldı

Küveytli investor Bakıda yerləşən “Monolit Plaza” lüks otelini alıb. Otelin yaxınlarda adı dəyişdirilə bilər: “Ümumilikdə, investor Qəbələdə yeni otel və ticarət mərkəzi tikməyi planlaşdırır. O, həmçinin, Bakıda torpaq sahəsini icarəyə götürüb”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi ölkə ərazisində xarici vətəndaşlara torpaq sahələrini almağa imkan vermir və yalnız icarəni nəzərdə tutur. Əcnəbilərə kənd təsərrüfatı istehsalı üçün icarəyə götürülən torpaq sahəsinin maksimum icarə müddəti 10-15 ildir, digər məqsədlərlə götürülən sahələrə - 99 il.

Daha öncə, Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edib ki, ərəb investorlar Azərbaycanda turistik daşınmaz əmlaka marağı artırıblar. Ağakərimov deyib ki, onların diqqətini təkcə Bakı deyil, həmçinin regionlar da cəlb edir. (trend)

Oxundu 315