Qubernator görüşə gecikdi: Putinin qarşısına operator çıxdı - FOTO

Rusiya Prezidenti Vladimir Putinin qubernatorlarla canlı tele-görüşündə maraqlı hadisə baş verib. Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, Voloqda vilayətinin qubernatoru Oleq Kuşvinnikov tele-görüşə gecikdiyi üçün həmin vaxt onun iş masasında mətbuat xidmətinin bir əməkdaşı əyləşib.

Nəticədə Vladimir Putinin qubernatorlarla canlı görüşü zamanı Rusiya prezidentinin qarşısındakı ekrana Voloqda vilayətinin qubernatorunun əvəzinə mətbuat xidmətində operator vəzifəsində işləyən şəxs çıxıb.

Voloqda vilayəti qubernatorunun mətbuat xidmətinin rəhbəri Yekatrina Şukina bildirib ki, baş vermiş hadisəni şərh etməyə hazır deyil. O deyib ki, biz hazırda baş verən hadisəni müzakirə edirik.

DİGƏR XƏBƏRLƏR

Top