Müğənni Zöhrə Abdullayeva ölən oğlu ilə FOTOLARINI yaydı

Əməkdar artist Zöhrə Abdullayeva beyin xərçəngi xəstəliyindən dünyasını dəyişən oğlu İsrafil Abdullayevin fotolarını sosial şəbəkədə paylaşıb. Yeniavaz.com xəbər verir ki, fotoya yüzlərlə insan şərh yazıb, müğənniyə başsağlığı verib.

Tanınmış fotoqraf Mahir Hüseynbəyli isə sosial şəbəkədə Zöhrə Abdullayeva ilə oğlunun bu yaxınlarda məclislərin birində çəkilmiş fotolarını paylaşıb və bu qeydləri yazıb: "Bu yaxınlarda gözəl sənətkarımız Zöhrə xanımla bir məclisdə görüşmüşdük. Mənim nəzərimi onun hərdənbir kənara çəkilib ağlamağı cəlb etmişdi və özümdən asılı olmayaraq, bu fotoları çəkmişdim. Sən demə, Zöhrə xanımın dərdi var imiş. Allah rəhmət eləsin, sizə ömür versin ki, heç olmasa oğlunuzun yadigarları qalan nəvələrinizi bir tərəfə çıxarasınız. Böyük dərddir. Allah ruhunu şad eləsin".

Qeyd edək ki, müğənninin dünyasını dəyişən oğlundan 2 nəvəsi yadigar qaldı. Mərhumun qızı Bakıda, oğlu Yusif isə İngiltərədə təhsil alır.

Onu da bildirək ki, İsafil Abdullayev uzun illər Dövlət Gömrük Komitəsinin rayon şöbələrindən birinin rəisi olub. Lakin səhhətində problem yaranandan sonra öz ərizəsi ilə vəzifədən çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top