Müğənni Kərim onu təhqir edənlərin üzr videosunu yaydı - VİDEO

Müğənni Kərim Abbasovu instaqramda təhqir edən iki şəxsin polis idarəsində çəkilən videosu yayılıb. Görüntülərdə Vasif adlı sosial şəbəkə istifadəçisi və onun dostunun Kərimdən üzr istəməsi yer alıb.

Vasif “Mənim telefonumdan başqası ona nalayiq sözlər yazıb. Həmin sözləri mən yazmamışam. Kərimdən və ailəsindən üzr istəyirəm” deyib.

Digər şəxs də içkili olduğunu, bu səbəbdən müğənnini təhqir etdiyini bildirib. Kərim Abbasov da videonu yayma səbəbini açıqlayıb: “Mən heç kəsin balasını alçatmaq fikrim yox idi. Sadəcə niyyətim odur ki, heç kəs söyüb təqhir etməsin. Azərbaycan bir ailədir, “can” deyib “can” eşidək”.

Qeyd edək ki, Kərim Abbasovun hazırda instaqram səhifəsi oğurlanıb. O, bundan əvvəl həmin şəxslər barəsində hüquq-mühafizə orqanlarına müraciət etdiyini açıqlamışdı.

Xatırladaq ki, bir neçə il əməkdar artist Röya Ayxan da belə addım atmış, instaqramda onu təhqir edən şəxsin üzr videosunu çəkərək səhifəsində paylaşmışdı. (Qafqazinfo)

Kərim video

DİGƏR XƏBƏRLƏR

Top