Dünya Kubokunda iştirak edən komandaların reytinqi açıqlandı - İNFOQRAFİKA

İyun ayının 14-dən iyul ayının 15-ə kimi Rusiyada keçiriləcək futbol üzrə növbəti - 21-ci dünya çempionatında iştirak edən milli komandaların ELO reytinqi açıqlanıb. Yeniavaz.com xəbər verir ki, 8 qrupda mübarizə aparacaq 32 milli komanda arasında ən yüksək reytinqə Braziliya sahib olub. Braziliya millisinin reytinq balı 2131-ə bərabər olub. Ümumiyyətlə 2000-dən yuxarı bala sahib olan yalnız 3 milli komanda - Braziliya, Almaniya və İspaniya olub. Siyahıda Braziliyadan sonra ən yüksək bal Almaniya (2092 bal) və İspaniyaya (2049 bal) verilib. Ən aşağı bal isə A qrupunda yer alan və ev sahibi Rusiya ilə Dünya Kubokunun açılış oyununda qarşılaşacaq Səudiyyə Ərəbistanına verilib - 1597 bal.

DİGƏR XƏBƏRLƏR

Top