Azərbaycanın ən gülməli oğrusu azadlığa çıxıb - VİDEO

Azərbaycanın ən komik oğrusu azadlığa çıxıb. Həmin şəxs bir neçə il əvvəl məktəbdən oğurluq edərkən tutulmuş Şakir Nəsirovdur.

Ş.Nəsirov bir neçə nəfərlə Lənkəranda orta məktəbdən təhsil məqsədi üçün nəzərdə tutulmuş silah-sursatı oğurlamışdı. Onlar əməllərindən peşman olduqlarını polis şöbəsində gülərək ifadə etmişdilər.

Həmin görüntülər sosial şəbəkədə geniş müzakirəyə səbəb olmuş və onlar ''Youtube''da Azərbaycanın ən gülməli cinayətkarları kimi məşhurlaşmışdılar.

Görüntünün əsas "qəhrəman"larından biri olan Ş.Nəsirov artıq 4 il cəza çəkərək azadlığa çıxıb. Onun yeni görüntüsünü prodüser Təranə Səmədova yayıb.

(Criminal.az)

OGRU

DİGƏR XƏBƏRLƏR

Top