Rusiya İngiltərədən üzr tələb etdi

Böyük Britaniya “Solsberidə baş vermiş hadisədə əsaslandırılmamış ittihamlara görə” Rusiyadan üzr istəməlidir.

RİA Novostinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın Londondakı Səfirliyinin mətbuat katibi bəyan edib:

“А-234 məhlulu bir çox Qərb ölkələrində istehsal olunur. Artıq rəsmi məlumatlara əsasən, İngiltərənin ittihamları əsassızdır”.

Diplomatik Nümayəndəlikdən bildirilib ki, Rusiyaya qarşı irəli sürülmüş ittihamalara hüquq-mühafizə orqanları vasitəsilə cavab verməyin vaxtı çatıb.

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top