“Necə qışqırdımsa, təzyiqim qalxdı” - Xalq artisti olan aktrisa

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncamına əsasən xalq artisti adına layiq görülən Naibə Allahverdiyeva təəssüratlarını bölüşüb.

Aktrisa bildirib ki, xəbəri eşidəndə həyəcandan təzyiqi qalxıb:

“Həyatımda bir qızım dünyaya gələndə belə sevinmişdim, bir də indi. Mayın 28-də həm ölkəmizdə gözəl bayramdı, həm də mənim ad günümdür. Yubileyim ərəfəsində ən böyük hədiyyə “xalq artisti” adı almağım oldu. 30 ildir sənətdəyəm, mənə verilən bu qiymət əvəzolunmazdır.

Səhər Həsən adlı aktyor dostum zəng vurub təbrik etdi. İnanmadım ki, zarafat edir. Axşam “Leyli və Məcnun” tamaşasında oynayacam. Sevincimdən necə qışqırdımsa, qan təzyiqim yüksəldi. Adam sevincdən ölə bilərmiş. Həyat yoldaşıma zəng etdim ki, gəl yanıma, pisəm. Prezidentimizə təşəkkür edirəm, çalışacam bu etimadı doğruldum”.

(Axsam.az)

DİGƏR XƏBƏRLƏR

Top