Suriyada dörd Rusiya hərbçisi öldürülüb

Suriyada yaraqlıların hücumu zamanı dörd rusiyalı hərbi qulluqçu ölüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Suriya batareyasının atəşini idarə edən iki rusiyalı məsləhətçi hadisə yerində həlak olublar. Daha beş rusiyalı hərb qulluqçu yaralanıb və dərhal hərbi hospitala çatdırılıblar. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda deyilir.

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top