Tramp 2 dəqiqəlik çıxışında 6 xətaya yol verib - AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp dünən Dəniz Akademiyasının məzuniyyət günü ilə bağlı akademiyanın tələbələri qarşısında çıxış edib.

“The Hill” xəbər verir ki, müdafiə sahəsi üzrə ekspert Tod Harrison çıxışın 2 dəqiqəsində Trampın 6 yanlış məlumat verdiyini bildirib.

Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində Müdafiə Büdcəsi Analizi və Aerokosmik Təhlükəsizlik Layihəsi bölməsinin rəhbəri olan Harrison bu yanlışlıqları aşağıdakı kimi sıralayır:

Xəta 1. 2018-ci maliyyə ili üçün təsdiqlənmiş 700 milyard dollarlıq müdafiə büdcəsi ən böyük büdcə deyil. Obama administrasiyası dövründə 2011-ci ildəki 710 milyard və 2010-cu ildəki 714 milyard dollar müdafiə büdcələri daha böyük idi.

Xəta 2. Tramp iddia edib ki, ABŞ donanmasının gəmilərinin sayı Birinci Dünya Müharibəsindən sonrakı ən aşağı səviyyədədir. Hazırda Donanmanın 283 gəmisi var, 2007-ci ildə isə bu rəqəm 279 idi.

Xəta 3. Tramp iddia edib ki, donanma tezliklə 355 gəmiyə sahib olacaq. Lakin donanmanın bu planı 30 illik bir dövrü əhatə edir və sayın əldə edilməsi təqribən 2050-ci ildə mümkün olacaq.

Xəta 4. Tramp bildirib ki, donanmada gəmi sayının 355-ə çatdırılması 200 əlavə gəmi deməkdir. Lakin reallıq belədir: 355 – 283 = 72

Xəta 5. 355 gəmilik filotiliya hələ ki təsdiqlənməyib. Konqres hələlik bu barədə son qərar qəbul etməyib. O, hər dəfə növbəti bir il üçün maliyyə ayırır.

Xəta 6. Tramp iddia edib ki, ordunun maaşları son 10 ildə ilk dəfə olaraq artırılacaq. Lakin son on ildə hər il olaraq maaşlar artırılıb. Hətta bəzi illərdəki artım bu ilkindən də çoxdur.

(ordu.az)

DİGƏR XƏBƏRLƏR

Top