Dünyadakı könüllülərin sayı açıqlandı


Dünya üzrə 1 milyard könüllü var. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Könüllülər proqramının icraçı koordinatoru Toyli Kurbanova deyib. Onun sözlərinə görə, bu rəqəm hesablanarkən ildə bir neçə gün könüllülük fəaliyyətinə vaxt ayıran insanlar nəzərdə alınıb: "Hesablamamıza görə dünyada 1 milyardadək insan könüllülük fəaliyyətinə cəlb olunub. Bəzi insanlar ildə bir neçə saat və ya gün könüllü fəaliyyətlə məşğul olurlar. Tam məşğulluğu götürsək, bu, təqribən 109 milyon könüllüdür". Könüllülər təxminən 100 ölkədə işləyirlər. İl ərzində 8 minə yaxın vakansiya mövcud olur".

DİGƏR XƏBƏRLƏR

Top