Aya insan göndərilir - 46 il sonra

46 ildən sonra Aya yenidən canlı insan göndəriləcək. Xarici KİV xəbər verir ki, Amerika Milli Aviasiya və Kosmis Dairəsi (NASA) Aya yenidən astronavt göndərəcəyini açıqlayıb. Bunda əsas məqsədlərdən biri ABŞ-ın Ay sətindəki varlığını həmişəlik əldə saxlamaqdır. 2019-cu ildən etibarən müxtəlif robot texnikası ilə sınaqlar keçiriləcək. Daha sonra isə canlı insanın göndəriləcəyi bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp NASA-dan keçən il Ay səthinə astronavt göndərilməsinin vacib olduğunu bildirmişdi. Belə ki, amerikalı astronavtlar Ay səthində kosmik kəşflər üçün lazım olan teznologiya vasitələrini yaratmalıdırlar.

Xatırladaq ki, ABŞ ən son 1972-ci ildə kosmiosa insan göndərib.(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top