İngiltərədə türk futbolçular və azarkeşlər oyundan sonra hakimi döydülər - VİDEO

İngiltərədə həvəskar komandanın futbolçuları və azarkeşlər oyundan sonra hakimi döyüblər. Hadisə Londonda Türkiyə ictimaiyyəti Futbol Federasiyasının təşkil etdiyi çempionatın final oyununda baş verib.

“Daily Mail” nəşri yazır ki, oyun yekunlaşandan sonra oyunçular və fanatlar hakimin üzərinə hücum çəkiblər. Hakim qaçmaq istəsə də, futbolçulardan biri onu yerə yıxıb. Daha sonra isə zərərçəkmişi mühasirəyə alaraq döyüblər.

Hüquq mühafizə orqanları gələnədək təcavüzkarlar hadisə yerindən qaçıblar. Polis və London Futbol Assosiyası hadisəni araşdırır. (virtualaz.org)

hakim

DİGƏR XƏBƏRLƏR

Top