Gürcüstan Prezidenti erməni həmkarının səfərini tarixi hadisə adlandırdı

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili erməni həmkarı Armen Sarkisyanın Tbilisiyə səfərini tarixi hadisə adlandırıb. Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə G. Marqvelaşvili erməni həmkarı ilə keçirdiyi ikitərəfli görüşdə deyib. Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlığın inkişafınn vacibliyini vurğulayıblar: “Ermənistan Prezideninin ilk Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illiyinin qeyd edilməsinə həsr olunmuş tədbirlərdə iştirakı tarixidir. Gürcüstan regionun bütün ölkələri ilə dost münasibətlərin qurulmasına maraqlıdır. Tbilisi münaqişələrin həlli məsələsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, eləcə də münaqişələrin sülh yolu ilə nizamlanmasına üstünlük verir. Gürcüstan Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini alqışlayır”. Qeyd edək ki, A. Sarkisyan president statusunda ilk xarici səfərini Gürcüstana edib.

DİGƏR XƏBƏRLƏR

Top