Putin Dünya Çempionatındakı əsas favoritini açıqladı

Rusiya prezidenti Vladimir Putin İspaniya yığmasının DÇ-2018-in favoriti olduğunu bildirib. Bu barədə “Sovetski sporta” xəbər verir. “Biz bu dünya kubokunun dünya üçün bayram olmasını istəyirik və düşünürəm ki, buna nail olacağıq”, - EFE ispan agentliyi Putindən sitat gətirir.

Qeyd edək ki, 14 iyun – 15 iyul tarixlərində baş tutacaq çempionatı Rusiyanın 11 şəhəri qəbul edəcək.

İspaniya yığması B qrupunda Portuqaliya, Mərakeş və İran yığmaları ilə qarşılaşacaq. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top