Putin: “Şişirtmədən söyləyirəm, Türkiyə sinifində ən yaxşısını almaq istəyirlər”

Rusiya prezidenti Vladimir Putin Türkiyənin sifariş etdiyi “S-400” zenit-raket kompleksindən danışıb.

Putin Türkiyənin almaq istədiyi “S-400”ün ən inkişaf etmiş olduğunu söyləyib:

“Şişirtmədən söyləyirəm, sinifində ən yaxşısını almaq istəyirlər”.

Putin Türkiyənin “S-400”ə sahib olmaq istəməsi ilə bağlı beynəlxalq təzyiqə məruz qalmasına isə belə şərh verib:

“Ərdoğana təzyiq vasitəsilə təsir etmək çətindir. Əksinə, bu, onu daha da cəsarətləndirəcək”.

Qeyd edək ki, Türkiyə Rusiyadan 4 ədəd “S-400”ü 2,5 milyard dollara sifariş edib. Kompleksin 2019-cu ilin sonuna qədər göndəriləcəyi bildirilir. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top