Qəzzada toqquşmalar nəticəsində 109 fələstinli xəsarət alıb VİDEO

Bu gün Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli xəsarət alıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

“Bü gün Qəzza zolağının şərq sərhədində 109 nəfər müxtəlif dərəcəli xəsarət alıb”, deyə Ə.əl-Kidra qeyd edib.

Martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu yaralanıb.(APA)

Qəzza

DİGƏR XƏBƏRLƏR

Top